Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gürcüstanda Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşmaq imkanı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşmaq imkanı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


İSET İqtisadiyyat üzrə bakalavr proqramı -Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşma

 

Reklam_3_11

PROQRAM HAQQINDA

 

Tbilisi Dövlət Univesiteti nəzdində olan Beynəlxalq İqtisad Məktəbi (İSET) iqtisadiyyat ixtisası üzrə bakalvr dərəcəsinə qəbul elan edir və müracəitlərin qəbuluna başlayır. Proqram ingilis dilində tədris ediləcək.

 

Bakalavr proqramının dərsləri Tbilisinin mərkəzində İSET-in 7-ci mərtəbəsində keçiriləcək. Proqram beynəlxalq professorlar və qərb təhsilli gürcü professorları tərəfindən tədris ediləcək. Kurikulum Şimali Amerika və Qərbi Avropanın ən yaxşı iqtisadiyyat proqramlarını əks etdirəcək. Maliyyə və dövlət siyasəti istiqamətlərində ixtisaslaşma tələbələri iqtisadi araşdırmalar, siyasi təhlili, kommersiya bankçılığı, maliyyə bazarları, sığorta, biznes və siyasi məsləhətlər üzrə peşələrə hazırlayır.

 

TƏHSİL HAQQI VƏ MALİYYƏ DƏSTƏYİ

Təhsil haqqı: 3 000 ABŞ dolları

 

Təhsil haqqı təqaüdləri: Azərbaycandan olan tələbələr üçün təhsil haqqının 60%-ə qədərini əhatə edən təhsil təqaüdləri mövcuddur.

 

Tələbə təqaüdləri: akademik bacarıqlarına görə fərqlənən tələbələrin aylıq xərclərini qarşılamaq məqsədi ilə təqaüd əldə etmək imkanı

 

Mənzil ilə təminat: Azərbaycanlı tələbələr Tbilisi Dövlət Universitetinin yataqxanasında və ya İSET tərəfindən kirayə götürülmüş mənzillərdə güzəştli şərtlərlə yaşayacaqlar.

 

KARYERA İMKANLARI

 

Xaricdə bir semester təhsil: İSET-in Qərbi Avropanın əməkdaşlıq etdiyi təhsil müəssəsələri ilə mübadilə proqramında iştirak etmək

 

Əmək bazarına təcrübəli daxil olmaq: aparıcı banklarda, beynəlxalq maliyyə qurumlarında və QHT-lərdə, Gürcüstanın dövlət agentliklərində və özəl şirkətlərində təcrübə proqramları keçmək. İSET-in təcürbəli işçi heyəti və 300-dən artıq məzunu iş axtarma prosesində sizə köməklik göstərəcək.

 

Təhsilini xaricdə davam etdirmək: İSET öz məzunlarını dünyanın ən aparıcı ixtisaslarında yerləşdirməkdən yüksək qürur duyur: bunlar Stanford, Çikaqo, New York, McGill, Pennsylvania, Warwick, McGill, Caltech, Leicester kimi tanınmış universitetlərdir. Hal-hazırda İSET məzunlarının 34 nəfəri ABŞ və Qərbi Avropada PhD təhsillərini davam etdirirlər və hamısı tam təqaüd alırlar.

 

İQTISADIYYATI NİYƏ İSET-DƏ OXUMALI?

 

-Özünü yarışa öyrət və gələcək işə götürənlər üçün öyrənmə qabiliyyətini və dözümlülüyünü isbat et.

-Müasir iqtisadiyyat və maliyyə nəzəriyyələrini öyrən, onları real dünya təcrübə və nümunələrində tətbiq et.

-Professional karyeranda və daim dəyişən mühitdə sənə xidmət edəcək analitik bacarıqlarını inkişaf elətdir.

-Statistik göstəricilər və rəqəmlərlə işləməyi öyrən –trendləri anla və daha dəqiq proqnozlar ver.

-İngilis dilini inkişaf elətdir, effektiv ünsiyət bacarıqları qazan, zamanını ən yaxşı istifadə etməyi öyrən və güclü iş etikası inkişaf elətdir.

 

İSET ailəsinin bir hissəsi ol!

 

 

Azərbaycanlı tələbələr

Beynəlxalq tələbələr www.iset.ge saytı vasitəsi ilə online qeydiyyatdan keçməlidirlər.

Sizə proqrama qəbulunuz ilə bağlı kömək etmək məqsədi ilə İSET sizinlə əlaqə saxlayacaq.

İSET Gürcüstan höküməti tərəfindən tələb olunacaq bütün sənədlərin tərcümə olunmasında və natariusda təsdiq edilməsinə sizə köməklik göstərəcək və tələb olunarsa tələbə vizasının alınmasında da dəstək olacaq.

İndi müraciət edin: http://applications.iset.ge/BA/

 

QƏBUL TƏLƏBLƏRİ VƏ PROSEDURLAR

Müraciətin son tarixi: May 20, 2017

Qəbul qaydaları ilə bağlı əlavə məlumat üçün aşağıdakı vasitələr ilə əlaqə saxlayın. +995 (322) 507 177 ext.104,[email protected]t.ge 

10.03.2017 04:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ