Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AÇG-dən hasil edilmiş neftin həcmi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AÇG-dən hasil edilmiş neftin həcmi açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 571 min barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton neft hasil edilib.

 

“Marja” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

 

2018-ci ilin I rübündə blokda hasilat gündə orta hesabla 597 min barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton olub.

 

Bildirilib ki, bu ilin I rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birincü rübdə “Çıraq” platformasından gündəlik 43 min barel, “Mərkəzi Azəri” platformasından 146 min barel, “Qərbi Azəri” platformasından 128 min barel, “Şərqi Azəri” platformasından 100 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 58 min barel neft hasil edilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

 

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

 

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

 

Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barel olub. 

13.05.2019 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ