Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Şahdəniz” yatağından qaz hasilatı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdəniz” yatağından qaz hasilatı kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından - “Alfa” və “Bravo” platformalarından birlikdə 4,3 mlrd. kubmetr qaz və təqribən 1 mln. ton (7,5 mln. barel) kondensat hasil edilib.

 

Reklam_3_11

Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

 

Bu ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qazın həcmi ötən ilin müvafiq dövründən 59%, kondensatın həcmi isə 66% çoxdur.

 

Bildirilib ki, ötən ilin iyul ayının sonunda “Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

 

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə təqribən 20 mlrd.) kubmetrdir.

 

2019-cu ilin birinci rübündə “Alfa” platformasından quyu qazılmayıb.

 

“İstiqlal” qazma qurğusu şərq cinahda bir sualtı quyunu tamamlayıb, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. “Maersk Explorer” qurğusu bir quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilib.

 

“Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”,- məlumatda qeyd edilib.

 

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

 

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

13.05.2019 14:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ