Avro və qızıl daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ

Beynəxalq maliyyə bazarlarında dolların ucuzlaşması, avro kimi aparıcı valyutaların və qızılın bahalaşmasına səbəb olur.


 

ABŞ ilə Çin arasında ticarət böhranı dərinləşir

 

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ticarət böhranının daha da dərinləşməsi dolların aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmasına, qızılın isə daha sürətlə bahalaşmasına səbəb olub.

 

ABŞ-ın Çinin 200 milyard dollar dəyərində idxal məhsullarına gömrük rüsumlarını 10%-dən 25%-ə kimi artırdıqdan sonra Çin tərəfi də bazar ertəsi ABŞ-dan idxal olunan 60 milyard dollar dəyərində məhsullara rüsumları 25%-ə kimi artırmasına dair qərarını açıqlayıb.  

 

EUR/USD 1.13, qızıl 1308$-a kimi bahalaşa bilər

 

EUR/USD məzənnəsi 1.1240$-a ticarət edilməkdədir və 1.1289$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1308$-a kimi də dəyər qazana bilər.

 

“ZEW” indeksi treyderlərin diqqət mərkəzində

 

Bununla yanaşı, gün ərzində saat 13:00-da Avrozonadan gələcək iqtisadi gözləntiləri ölçən indeksin açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14 May 2019 , 09:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin