Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB” ASC  “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirib

® Fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olanlar üçün Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim təşkil edib.

 

Reklam_3_11

Təlimdə “Müstəqil həyat tərzi” Əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Təlimin aparılması üçün bank tərəfindən Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi Turan Əsgərov cəlb edilmişdir.

 

Qeyd edək ki, təlim vaxtı iştirakçılar biznes ideyanın yaradılması, inkişafı, biznes planının yazılması, satış planının və  tədarük planının müəyyən edilməsi, investisiya həcminin müəyyən olunması, maya dəyərinin hesablanması və digər maraqlı mövzular haqqında məlumat aldılar.

 

Bank əməkdaşları tərəfindən isə Bankda hesab açma, Asan imza və İnternet bankçılıq haqqında məruzələr aparıldı.

 

Təlim iştirakçıları təlimin yekununda ideyaları ətrafında hazırlanmış biznes planla təmin olundular. Əlavə olaraq təlim iştirakçılarına Bank “BTB” ASC-nin daxilində müəyyən hədiyyə vəsaiti olan debet kartları və sertifikatlar təqdim olundu. 

 

Bank BTB ASC-nin İdarə heyətinin sədri Emil Rzayev təlim iştirakçıları ilə görüş zamanı bildirdi ki: “Bank BTB ASC fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olan vətəndaşlara dəstək olmağa hazırdır. Həssas və daha çox diqqətə ehtiyacı olan təlim iştirakçılarımıza bu gün biznes ideyalarını sınaqdan keçirmək fürsətini yaratmışıq. “Biznesin yaradılması və idarə edilməsi” təliminin iştirakçılarının hər biri artıq bir maliyyə tərəfdaşı kimi Bank BTB-yə arxalana bilərlər.”

14.05.2019 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ