Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şiddətli dolu Xaçmazda ziyan vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şiddətli dolu Xaçmazda ziyan vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 13-ü günorta saatlarında yağan şiddətli dolu Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

 

Dolu rayonun 90-a yaxın yaşayış məntəqəsinə düşüb. Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.

 

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu gilas bağlarına, taxıl sahələrinə, çiyələk, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.

 

Xaspoladoba və Qalağan kəndlərində 20 hektara yaxın əkin sahəsi dolunun təsirindən yerə yatıb.

 

Bununla yanaşı, sakinlər tərəfindən evlərin dam örtüklərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var.

 

Xaçmaz Rayon İcra Hakimiyyətində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac

14.05.2019 11:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ