Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Dəmir Yolları” məsləhətə 8,2 milyon avro ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Dəmir Yolları” məsləhətə 8,2 milyon avro ödəyəcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi ilə əlaqədar texniki nəzarət üzrə məsləhət xidmətlərinə 8,2 milyon avrodan çox vəsait yönəldəcək. Bu barədə cəmiyyətdən məlumat verilib.

 

“ADY Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması ilə əlaqədar texniki nəzarət üzrə məsləhətçi qismində İspaniyanın "TPF Getinsa Euroestudios” və “Auxitec Tecnica Y Control SA” şirkətləri birgə müəssisəsini cəlb edib. Müvafiq tenderin qalibi olmuş birgə müəssisə ilə 2019-cu il mayın 13-də müqavilə imzalanıb”, - deyə məlumatda bildirilir.

 

Müqavilənin dəyəri 8 milyon 260 min 743,4 avrodur (15 milyon 860 min manat).

 

ADY-dən verilən məlumata görə, eyni zamanda, “Getinsa Euroestudios - Auxitec Tecnica Y Control SA” birgə müəssisəsi ilə bir sıra xidmətlərin göstərilməsi haqqında 236 min dollar dəyərində əlavə müqavilə da imzalanıb. Müqavilənin detalları açıqlanmır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

14.05.2019 11:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ