Hyundai yenilənmiş Tucson modelində nələri dəyişib?

(®) Yenilənmiş Hyundai Tucson avtomobili Azərbaycan bazarına fevral ayında daxil oldu və kifayət qədər böyük maraqla qarşılandı. Buna səbəb avtomobilin interyerində funksionallıq və rahatlıq baxımından edilən əlavələr xüsusi rol oynamışdır.

 

Sükanın ilk toxunuşdan hiss edilən yumşaqlığı avtomobilin təchizatında ən xırda detallara diqqət yetirildiyinin xəbərçisidir. Sürücü oturacağının dizayn və təchizatı sürücünü avtomobili idarə etməkdən zövq almaqdan başqa bütün seçimləri istisna edir. Ümumilikdə isə interyerin quruluşu və lazımı alətlərin panellərdə müvafiq düzülüşü bu prosesi tamalayır.

 

Salonda qurulmuş Floating-type 8″ LCD monitor öncəki versiyada hava axını sistemlərini əhatəsində idisə Yenilənmiş Hyundai Tucson 2019 modleində yuxarıdadır və Apple Car Play sistem və  ilə təchiz olunmaqla yanaşı ətrafa nəzarət monitoru funksiyasını da yerinə yetirir. 

 

Elektrikli əyləc sistemi, İnfinity səsucaldıcıları, ön oturacaqların havalandırma ilə isidilməsi və soyudulması, qatlanan arxa oturacaq avtomobillə səyahətdən həm sizə, həm də ailənizə möhtəşəm zövq təqdim edəcək.

 

Smartfonlar üçün simsiz batareya doldurucusu və sürüş vərdişinə müvafiq olaraq sürücünü xəbərdarlıq sistemi və sürücü oturacağının 10 istiqamətdə tənzimlənməsi kimi bir çox elektron funksiyalar idarəetmədə əvəzolunmaz rahatlıq yaradır və macəraları maksimum komfortda yaşamağa imkan verir. 

 

Ancaq dəyişikliklər interyerlə məhdudlaşmır. Exteryerdə edilmiş dəyişikliklər barədə məlumatı Sizinlə paylaşırıq.

 

Radiator barmaqlığı, Hyundai Tucson 2017-dən fərqli olaraq radiator barmaqlıqlarının quruluş forması yuxarı və bamper hissədə eyni formadadır. Hyundai Tucson 2017 modelində isə baramqlıqlar yuxarı hissədə və bamper hissəsində fərqli, şanvari formada idi. Bu isə öz növbəsində Hyundai Tucson 2019 modelini ön hissədən görünüşünü daha xarizmatik edir.

 

Əvvəlki versiyada isə gündüz qabarit fənərləri ayrı və qabarit fənərləri ayrı xanalarda yerləşdirilmişdi. İlk baxışdan müxtəlif modellərdən toplanmış və ümumi konsepsiyanı təşkil etməyən grüntü yaradnıdı. Hyundai Tucson 2019 modelində isə gündüz fənərləri və qabarit fənərləri birlidə kvatrad formasındadır və ön hissənin dizaynı ilə həmahəngdir.

 

Arxa bamperlər də dəyişmişdir. Hyundai Tucson 2017 modleində arxa bamper Yenilənmiş Hyundai Tucson 2019 modleinə nisbətən daha qısa olmaqla bərabər, çırk toplayan barmaqlıqlarla da təchiz olunmuş idi. Yenilənmiş Hyundai Tucson 2019 modelində isə tam əksini görürük.

 

Yük yerinin qapısı ilə avtomobilin gövdəsi arasındakı məsamə daha da kiçilmişdir. Əlbətdə bu gözlə nəzrə çarpacaq bir dəyişiklik deyil. Lakin unutmayaq ki, bu xırda element avtomobilin arxa hissədən görünüşünə daha çox zəhm qatır.

 

Hallogen uzaq işıqlndırma fənərləri və işıq diodlarından qurulmuş yaxın  məsafə fənərləri ilə təchiz olunmuşdusa Yenilənmiş Hyundai Tucson 2019 modleində bütün ön fənərlər işıq diodları ilə təchiz olunmuşdur.

 

Səs izoliyasiyası sistemi daha da möhkəmləndirilmişdir. Avtomobilin idarəsi zamanı bunu hiss etmək mümkündür.

 

Qeyd edək ki, Yenilənmiş Hyundai Tucson avtomobili Fevral ayından Azərbaycan istehlakçılarına təqdim olunmuşdur. Yenilənmiş Hyundai Tucson Azərbaycanda 3 komplektasiyada təklif olunur.  Avtomobil  157 at gücündə 2.0 litr mühərriklə və 6 pilləli avtomat sürət qutusu ilə təchiz edilib.

 

Avtomobili əldə etmək üçün  Ziya Bünyadov pr.118  yerləşən  Hyundai  satış mərkəzinə müraciət edə bilərsiniz.

 

Ətraflı məlumat üçün ünvan:  http://www.hyundai.az/tucson/

Əlaqə nömrəsi: (012) 989

 

15 May 2019 , 10:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin