Tramp: Fed faiz endirsə ABŞ ticarət müharibəsini qazanacaqdır

ABŞ Prezidenti Donald Tramp Çinin ticarət müharibəsində növbəti hücumunun faiz endirimi olacağını, Fed-in də bunu etməsi lazım olduğunu söyləyib. 

 

"Marja" xəbər verir ki, Donald Trump sosial mediadan verdiyi açıqlamasında "Çin, şirkətlər üçün sistemə pulu nasosla vuracaq və ehtimalla faizləri salacaq. Əgər Fed də bənzər addımı atsa oyun bitər və biz qazanarıq. Çin hər şərtdə bir razılaşma istəyəcək",- qeyd edib.

 

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi sürətlənərək davam edir. Sonuncu dəfə dünən Çin 60 milyard dollarlıq ABŞ məhsuluna vergini yüksəldiləcəyini açıqlamışdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Tramp bu gün erkən saatlarda yazdığı "tweet"lərdə də ABŞ-ın yalnız "möcüzə bir razılaşmanı" qəbul edəcəyini bildirmişdir. 

 

Fed keçən il faiz dərəcələrini 4 dəfə yüksəltmişdir. Bazarlar bu ilin Oktyabrdan etibarən Fed-in faiz endiriməyə başlayacağını gözləyir.

14 May 2019 , 21:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin