Elektronika məhsullarının satışından 1 trilyon 52 milyard avro gəlir gözlənilir

Bu il dünyada elektronika məhsullarına 1 trilyon 52 milyard avro xərclənəcəyi düşünülür. Hər nə qədər azalma göstərsə də 1 milyard 421 milyon ədəd ağıllı telefon satılacağı nəzərdə tutulur.


 

Analitika şirkəti GfK-nın məlumatlarına görə, cəmi 1 trilyon 52 milyard avro olaraq proqnozlaşdırılan istehlakçı elektronikası məhsullarının satış dövriyyəsi bu il 1 faiz artacaq. Bu rəqəmin 267 milyard avrosu Avropa bölgəsinin, 440 milyard avrosu Asiya-Pasifik bölgəsinin, 208 milyard avrosu Şimal Amerika və 70 milyard avrosu da Cənub Amerika bölgəsinin hesabına formalaşacaq.

 

Orta Şərq və Afrika qitəsində gözlənilən rəqəm 2 faiz artımla 68 milyard avro olacaq.

 

"Marja" məlumata istinadən xəbər verir ki, Asiya-Pasifik bölgəsində artımı gözlənilmir, Şimal Amerikada 2 faiz artım, Cənub Amerikada isə 3 azalma nəzərdə tutulur. Ölkə üzrə baxıldığında Çin 25%-lik pay ilə Avropanın cəminə bərabər bir pay alır.

 

2019-cu ildə cəmi 1 trilyon 52 milyard avroluq gəlirin içində ən böyük hissəni 44% ilə ağıllı telefonlar başda olmaqla telekomunikasiya məhsulları yaradacaqdır. İkinci yerdə 17% ilə soyuducu, TV və paltaryuyan maşını kimi məhsulların daxil olduğu böyük ev alətləri sektoru gəlir. 

14 May 2019 , 22:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin