Çində sənaye istehsalı proqnozdan aşağı artıb

Çində Aprel ayında sənaye istehsalı əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,4% artıb. İqtisadçılar artımın 6.5% olacağını gözləyirdilər.

 

Pərakəndə satışlar da 8,6%-lik proqnozdan aşağı qalaraq 7,2% artıb.

 

Sərmayələr 6,1% artıb. Proqnoz 6,4% idi.

 

Çində proqnozlardan aşağı açıqlanan sənaye istehsalı, pərakəndə satışlar və investisiya məlumatları Çin iqtisadiyyatında yavaşlama olduğuna dair narahatlıqları daha da artırıb.

15 May 2019 , 08:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin