Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergilər Nazirliyi: "Oyunlar zamanı vergi güzəştləri olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi: "Oyunlar zamanı vergi güzəştləri olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yarışlarda mükafatçılara verilən əşyalar vergidən azadır. Həmçinin beynəlxalq yarışlarda 4 min manatdək, daxili turnirlərdə isə 200 manatdək mükafatlardan vergi tutulmur".

 

Bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər Nazirliyinin nümayəndəsi, vergi ombudsmanı Elçin Məmmədov deyib.

 

O, bildirib ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunub. Nazirlik rəsmisi paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərin istisna olduğunu əlavə edib. 

 

E.Məmmədov vurulayıb ki, Vergilər Nazirliyi tərəfindən UEFA Avropa Liqasının finalı və 2020-ci il Avropa çempionatının final mərhələsinin görüşləri zamanı müəyyən güzəştlər olacaq.

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Bu görüşlə yanaşı, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

©Report

15.05.2019 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ