Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

5,7 milyard manatı "yedik - içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
5,7 milyard manatı "yedik - içdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artmışdır.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar-aprel aylarınanisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

11 357,4

102,7

o cümlədən:

ərzaq məhsulları

5 101,0 

102,5

içkilər və tütün məmulatları

  603,9

101,2

toxuculuq məhsulları, geyim və ayaqqabılar

2 011,2

102,9

elektrik malları və mebellər

708,7

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

86,2

103,1

əczaçılıq və tibbi mallar

142,3

103,4

avtomobil yanacağı

638,1

101,8

digər qeyri-ərzaq məhsulları

     2 066,0

103,7

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 47,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

15.05.2019 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ