Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtomobil idxalında "qaza basılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil idxalında "qaza basılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin Yanvar- Aprel ayları ərzində Azərbaycana 11 min 695 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar- Aprel dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 5 min 310 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

 

Reklam_3_11

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində isə 3 min 717 ədəd nəqliyyat vasitəsi idxal edilib. Mart ayı ilə müqayisədə Apreldə nəqliyyat vasitəsi idxalı 908 ədəd çox olub. 

 
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

O cümlədən, 2019-cu ilin Yanvar-Aprel aylarında 10 min 614 ədəd minik avtomobili, 53 ədəd avtobus, 974 ədəd yük avtomobili və 54 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Aprel dövründə 4 min 785 ədəd minik avtomobili, 23 ədəd avtobus, 477 ədəd yük avtomobili və 25 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

İLLİK İDXAL 40 MİNƏ ÇATA BİLƏR

 

Təkcə Apreldə ölkəmizdə 3 min 364 ədəd minik avtomobili idxal olunub. 4 ay ərzində cəmi nəqliyyat vasitələri idxalının 11 min ədədi, o cümlədən minik avtomobili idxalının 10 min ədədi keçməsilə, 2019-cu ildə cəmi avtomobil idxalının 40 min ədəd civarında olacağı gözlənilir. 

15.05.2019 11:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ