Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın hava limanları ilk dörd ay ərzində təxminən 1,5 milyon sərnişinə xidmət göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın hava limanları ilk dörd ay ərzində təxminən 1,5 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərmişdir.

 

Reklam_3_11

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınmışdır. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşımışdır. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur.

 

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz faiz təşkil etmişdir.     

 

Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərmişdir. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

 

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən - Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin “flyNas”, “Kuwait Airways” və Türkiyənin loukosteri “Pegasus”un uçuşlarının bərpa edilməsi planlaşdırılır.

           

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.  

15.05.2019 13:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ