Maliyyə Nazirliyinin səlahiyyətləri Vergilər Nazirliyinə verildi

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması səlahiyyəti Maliyyə Nazirliyindən alınaraq Vergilər Nazirliyinə həvalə edildi.

 

“Marja” xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə, dərman vasitələrinin və dini kitabların dövriyyəsinə nəzarət də Vergilər Nazirliyinə həvalə edilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.

 

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.

15 May 2019 , 16:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin