"Alibaba"nın gəliri proqnozu aşıb - SƏHMLƏRİ KƏSKİN BAHALAŞDI

Elektron ticarət nəhəngi "Alibaba"nın dördüncü rübdə gəliri proqnozdan çox olub.

 

Çinin e-ticarət və texnologiya şirkəti "Alibaba"nın dördüncü rübdə satış gəliri 93.5 milyard yuan təşkil edib. Bu, 91.7 milyard yuanlıq proqnozdan yüksəkdir.

 

"Marja" xəbər verir ki, Şirkət bir səhmə 8.57 yuan mənfəət açıqlayıb. Proqnoz 6.50 yuan idi.

 

Qeyd olunan rübdə "Alibaba"nın mənfəəti 25.1 milyard yuan təşkil edib. Gözlənti 22.90 milyard yuan idi.

 

İllik 654 milyon aktiv istehlakçısı olan "Alibaba", 2020-ci il il üçün satış gəliri təxminini 500 milyard yuan səviyyəsində açıqlayıb. Bazar gözləntisi 509 milyard yuan səviyyəsində idi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Dördüncü rüb balansın açıqlanmasından sonra "Alibaba"nın səhmləri bahalaşıb. Qiymətdə artım 4%-i aşaraq  181.80 dollara qalxıb.

15 May 2019 , 16:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin