Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz artırsa Manat necə olacaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz artırsa Manat necə olacaq?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Fed-in Mart ayında faiz artırmasının Azərbaycanda Dollar/Manat məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə olunur.

 

“Marja”nın məlumatına görə, analitiklər bildirirlər ki, ABŞ Mərkəzi Bankı (Fed) 15 Martda faiz artırsa bunun inkişaf etməkdə olan ölkələrin milli pullarına mənfi təsiri az olacaqdır. Çünki investorlar Fed-in faizləri Martda artıracağına 90%-ə yaxın ehtimal verirlər və bu səbəbdən növbəti faiz artırımı Dolların dəyərində əks olunub. Yəni, Dollar Martda artırılacaq faizə görə artıq mühüm valyutalar qarşısında bahalaşıb. Hətta bu il Fed-in 3 dəfə faiz artıracağı ehtimalı xeyli səviyyədə Doların dəyərində əks olunub. İndi  əsas məsələ bu il Fed-in neçə dəfə faiz artıracağıdır. Ümumiyyətlə, investorlar bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirlər. Əgər Fed 15 martda 4 dəfə faiz artırılacağına işarə edərsə, bu halda faiz qərarından sonra Dollar mühüm valyutalar qarşısında güclənə bilər.

 

Adətən Dollar bahalaşan zaman neft ucuzlaşır. Buna səbəb, Dollar bahalaşdığına görə, digər valyutalar ilə daha az dolların alınması və buna uyğun olaraq da neft alışının azalmasıdır. Bahalaşan dollar səbəbindən tələb azaldığından neft də ucuzlaşır.

 

Hazırda isə vəziyyət fərqlidir. OPEC və digər 11 istehsalçı ölkə hasilatlarını azaldarkən, ABŞ istehsalçıları hasilatlarını sürətlə artırırlar. Buna görə, OPEC razılaşmasının neft qiymətlərinə ciddi təsiri hiss olunmur, son iki gündə neft 7%-dən çox ucuzlaşaraq 50 dollardan aşağı düşüb (Qərbi Texas nefti).

 

Son məlumata görə, OPEC ABŞ-ın şist nefti istehsalçıları ilə danışıqlara başlayıb. OPEC bildirir ki, neftin ucuzlaşması daha çox ABŞ istehsalçılarına mənfi təsir edir. Əgər neft yenidən 40 dollara düşərsə bu zaman ABŞ istehsalçıları quyuları yenidən bağlamağa və investisiyaları azaltmağa məcbur olacaqlar.

 

Ümumiyyətlə, son vaxtlar neftin qiymətinin 40 dollardan aşağı düşəcəyinə az ehtimal verilir. Azərbaycanın 2017-ci il dövlət büdcəsi neftin 40 dollar/barel qiymətinə əsasən tərtib edildiyindən risk azdır.

 

Hazırda Azərbaycanda Manatın məzənnəsini Mərkəzi Bankın sərt pul siyasəti və Dövlət Neft Fondunun hərraclarda satdığı valyutanın məbləği müəyyənləşdirir. Son vaxtlar Mərkəzi Bank Manat kütləsini azaltdığından Dollar Manat qarşısında xeyli zəyifləyib.

 

Yuxarıda qeyd edilənlərə əsasən deyə bilərik ki, Fed-in Martda faiz artırmasının Manata birbaşa qısamüddətli təsiri gözlənilmir.

10.03.2017 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ