“MilliKart”da tələbələr ilə görüş keçirilib

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

 

“MilliKart” MMC-də Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüş keçirilib, “MilliKart” MMC və onun həyata keçirdiyi prosessinq fəaliyyətinin xüsusiyyətləri iştirakçılara təqdim edilib. Həmçinin, tələbələrə ödəniş kartları ilə aparılan əməliyyatlar, innovativ ödəniş həlləri, fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri haqqında məlumat verilib. Təşkilatın gündəlik fəaliyyəti ilə yaxından tanış olan qonaqlar müxtəlif struktur bölmələrin iş prosesinin şahidi olmaq imkanı əldə ediblər.

 

Tədbirin nəticəsində tələbələr “MilliKart” MMC-də təcrübə mübadiləsinə dəvət edilib.

15 May 2019 , 18:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin