Prezident İlham Əliyev "METAK" şirkətinin stendi ilə tanış olub

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.


"Marja" xəbər verir ki, Prezident İlham Əliyev "METAK" şirkətinin stendi ilə də tanış olub. Şirkətin stendində ən müasir borular və fitinq məhsulları, plastik yeşik və konteynerlər, kənd təsərrüfatı üçün məhsullar və s. təqdim olunur.

 

“METAK” şirkətinin təsisçisi Alik Kərimov və İcraçı direktoru Aydın Kərimov Prezidentə görülən işlər və yeniliklər barədə məlumatlar veriblər.

 

Dövlətimizin başçısı "METAK" şirkətinin kollektivi ilə xatirə şəkili çəkdirib.

16 May 2019 , 07:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin