"Səmada nahar" restoranı açıldı - QİYMƏTLƏR

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Kocori qəsəbəsində "Səmada nahar" (“Dinner in the Sky”) restoranının açılış mərasimi keçirilib.

 

Gürcüstan bu cür ekstremal məkanın istifadəyə verildiyi 71-ci ölkə olub.

 

Restoranda 50 metr hündürlükdən asılmış xüsusi kranda yerləşdirilmiş stolda eyni zamanda 22 qonağa xidmət göstəriləcək.

 

Attraksionda bir nəfər üçün qiymət 199 - 345 lari (73-125 dollar) təşkil edir.

 

Açılış mərasimində Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili də iştirak edib. O, bildirib ki, “Səmada nahar” attraksionu Gürcüstana səfər edən turistlər üçün cəlbedici olacaq.

 

Qeyd edək ki, ilk "Səmada nahar" restoranı 2006-cı ildə Belçikada açılıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

16 May 2019 , 06:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin