Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıdan Ukraynanın daha bir şəhərinə birbaşa uçuşlara başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Ukraynanın daha bir şəhərinə birbaşa uçuşlara başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 16-da “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhərinə - Odessaya birbaşa uçuşlara başlayıb.

 

Reklam_3_11

Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

 

Bu istiqamətə də minimal tarif bir tərəfə 29 avro təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında “Büdcə” və “Standart”, həmçinin aviaşirkətin satış ofislərində “Super” tarifləri ilə əldə etmək mümkündür.

 

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

 

On kiloqramadək çəkisi olan əl yükü, 23 kiloqramadək baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.

 

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

 

Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa lou-kost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.

16.05.2019 06:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ