SOCAR və BP Özbəkistanda birgə işlər aparacaq - SAZİŞ İMZALANDI
SOCAR BP şirkəti ilə birgə Özbəkistanda 3 investisiya blokunda geoloji kəşfiyyat işləri aparacaq. Bu barədə Özbəkistanın podrobno.uz nəşri məlumat yayıb.
“Bu gün “BP Exploration”, SOCAR və “Uzbekneftegaz” arasında Özbəkistanda 3 investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasına dair saziş imzalanıb. Sənəd Aral dənizinin Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Kəşfiyyat işləri tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.
Özbəkistan hökuməti cari ilin yanvar ayında SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və BP nümayəndələri ilə görüşdə Aral dənizinin Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında birgə geoloji-kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənməyi təklif edib.
2016-cı ilin may ayında SOCAR və “Uzbekneftegaz” arasında neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığı nəzərdə tutan Memorandum imzalanıb.
Bundan başqa, 2017-ci ilin may ayında “ Uzbekneftegaz”, BP və SOCAR arasında Özbəkistanın investisiya bloklarında birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına, eləcə də yataqların işlənməsinə dair iki memorandum imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl