İlham Əliyev böyük şpris zavodunu işə saldı - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

 

İqtisadiyyat naziri Şahin Mustafayev və “Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat veriblər.

 

Qeyd edək ki, hazırda Azərbaycanda kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən isə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır. Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddırlar.

 

Park yaradılandan bəri burada əczaçılıq sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib.

 

Dövlətimizin başçısı zavodu işə salıb.

 

Bildirilib ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

16 May 2019 , 16:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin