Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdan Həştərxana ilk birbaşa reys həyata keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Həştərxana ilk birbaşa reys həyata keçirilib

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiya Federasiyasının daha bir şəhərinə - Həştərxana birbaşa reyslər həyata keçirməyə başlayıb.

 

Mayın 16-da Bakıdan Həştərxana və geriyə ilk birbaşa aviareys həyata keçirilib. Aviasiyanın çoxdankı ənənəsinə görə, yeni aviareysin açılışı təyyarənin uçuş meydanında su tağından keçməsi ilə qeyd edilib. Həştərxanın Nərimanov Aeroportunda ilk reysin sərnişinlərini duz-çörək və musiqi ilə qarşılayıblar. Sərnişin tutumu 106 nəfər olan “Embraer” təyyarəsi Həştərxana 92 sərnişin gətirib.

 

“Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov da ilk reysin sərnişinləri arasında olub. Onun sözlərinə görə, Bakı və Həştərxan arasında birbaşa hava nəqliyyatının açılması şəhərləri birləşdirəcək, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi və biznes münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq.

 

Nazim Səmədov bildirib ki, Həştərxan loukosterin Rusiyada altıncı istiqamətidir. Aviaşirkət Bakıdan Moskvaya, Sankt-Peterburqa, Kazana, Mineralnı Vodıya və Ufaya artıq müntəzəm reyslər həyata keçirir. O deyib: “Buta Airways” uçuşların coğrafiyasını daim genişləndirir. Bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Aviaşirkətin birbaşa reyslər həyata keçirəcəyi növbəti istiqamət Batumidir”.

 

Aviaşirkətin Bakı-Həştərxan istiqamətində (Nərimanov Aeroportu, IATA: ASF) minimal tarifi digər istiqamətlər kimi, bir tərəfə 29 avrodur. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.

 

Biletləri aviaşirkətin rəsmi saytında (“Büdcə” və Standart” tarifləri üzrə), habelə satış ofislərində (“Super” tarifi üzrə) əldə etmək olar.

 

Aviaşirkət loukoster olaraq “Büdcə” minimal tarifində baqajın, əl yükünün, isti içkilərin daşınması, aeroportda qeydiyyat, habelə təyyarədə yer seçmək kimi əlavə xidmətləri pullu opsiyalar şəklində təklif edir.

 

Satış ofislərində satılan “Super” tarifinə 23 kiloqramadək baqajın, 10 kiloqramadək əl yükünün daşınması, habelə aeroportda pulsuz qeydiyyat daxildir.

 

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır, uçuşa 2 saat qalmış bağlanır. Bu xidmət bütün tariflərdə pulsuzdur.

17.05.2019 06:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ