Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Uber” Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Uber” Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Novruz bayramı ərəfəsində Bakıda birgünlük aksiya keçirəcək.

 

“Biz “Uber” ailəsi olaraq hamının bayram şirniyyatlarını necə sevdiyini bilirik. Bu səbəbdən biz “Xonça” şirniyyat evi ilə əməkdaşlıq edərək sizə ləziz paxlava gətirəcəyik”, - deyə şirkətin məlumatında bildirilir.

 

Aksiyaya əsasən, 14 mart tarixində hər bir daimi və yeni “Uber” istifadəçisi saat 11:00-17:00 aralığında tətbiqə daxil olub, “UberNovruz” opsiyasını seçib, ləziz paxlavanı tam ödənişsiz şəkildə əldə edə bilər.

 

Şirkətin bütün yeni istifadəçiləri paxlava ilə yanaşı 10 manat dəyərində ödənişsiz gediş də əldə edə biləcəklər. Bunun üçün “Uber” tətbiqini telefona yükləmək və “UberXonca” promokodunu daxil etmək lazımdır.

 

Bundan başqa, “Uber” şirkəti sosial şəbəkələrdə də müsabiqə elan edir: aksiyadan yararlanmış istifadəçilər #ubernovruz və #xonca həşteqlərini istifadə edərək “UberNovruz” şəkli ilə paylaşmalı və nəticədə “Araz” supermarketi, “Xonça” şirniyyat evi və “Uber” xidmətindən müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

 

“UberNovruz” kampaniyası zamanı yüksək tələbat gözlənilir ki, bu səbəbdən ilk dəfədən sifariş edə bilmədinizsə, bəxtinizi bir neçə dəqiqə sonra bir daha sınayın.

10.03.2017 08:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ