Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Payızda Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Payızda Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Həştərxanda vilayətin qubernator vəzifəsini icra edən Sergey Morozov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, prezident köməkçisi Əli Həsənov arasında görüş keçirilib.

 

“Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”, - Həştərxan vilayəti administrasiyasının mətbuat xidməti və informasiya İdarəsi məlumat verir.

 

Cümə axşamı Azərbaycanın rəsmi nümayəndə heyəti Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunan tədbirdə iştirak məqsədilə Həştərxana səfərə gəlib. Mayın 16-dan, dörd illik fasilədən sonra Bakı ilə Həştərxan arasında birbaşa uçuşlar bərpa olunub.

 

“Bizim səfərimizdən 5 ay vaxt ötüb. Artlq ilkin razılıqların icarsına başlanıb. Bakı ilə birbaşa uçuşların bərpasına şadıq. Düşünürəm ki, bu nəinki həştərxanlılar, həm də ölkənin bütün cənubunun sakinləri üçün çox yaxşı imkandır. Əminəm ki, bu qarşılıqlı münasibətərimizi möhkəmləndirəcək, həm iqtisadiyyat, həm də mədəniyyət və digər sahələrdə imkanlarımının genişlənməsinə təkan verəcək”, - Morozov bildirib.

 

Öz növbəsində, Həsənov Həştərxan-Bakı marşrutu ilə uçuşların bərpasının vacibliyini qeyd edib. “Bu, nəinki regionumuzla Azərbaycan arasında, həm də bütövlükdə Xəzəryanı region üçün turizm, sosial-iqtisadi və mədəniyyət əlaqələrinin inkişafı üçün vacibdir”, - Azərbaycan prezidentinin köməkçisi qeyd edib.

 

O əlavə edib ki, 2019-cu ilin payızında Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı planlaşdırılır.

 

“Azərbaycanla qarşılıqlı əlaqələrə dair böyük planlarımız var. Birbaşa uçuşların bərpası fikirlərimizin həyata keçirilməsi istiqamətində daha bir addımdır”, - Morozov vurğulayıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© interfaks-Azərbaycan

17.05.2019 09:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ