Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

120 milyon avroya zavod tikilir, 650 nəfərlik iş yeri açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
120 milyon avroya zavod tikilir, 650 nəfərlik iş yeri açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Run Group”un dəvəti ilə Azərbaycana gələn “Dagan” şirkəti burada Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu üçün ən qabaqcıl texnologiyalarla buğda yetişdirmək niyyətindədir.

 

Reklam_3_11

“Run Group”un yaydığı məlumata görə, zavodun tam gücü ilə işləməsi üçün 300 000 ton buğda lazım olacaq. Bununla əlaqədar yaradılan “Dagan & Run Group” müştərək şirkəti mayın 16-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi ilə memorandum da imzalayıb.

 

Məlumatda qedy edilib ki, təqdim olunan layihə ilə əlaqədar burada “Run Group”un digər beynəlxalq tərəfdaşları – Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupunun və Çin Milli İdxal-İxrac Korporasıyasının (CNTIC) nümayəndələri də iştirak edirlər.

 

Belə ki, Göygöl rayonu ərazisində "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinin Baş podratçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş", potratçılar isə "Tunay" - Z.A ASC və Sİ-Qrupdur.

 

Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi zavodun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir. Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini isə İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq və nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Hələlik məhsulun 98 faizinin xaricə ixrac olunacağı, 2 faizinin isə daxili bazara çıxarılacağı planlaşdırılır. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.

17.05.2019 09:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ