Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“907-cü düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“907-cü düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.

 

Reklam_3_11

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasında 7 il bundan əvvəl keçirildiyini xatırladıb.

 

“İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - nazir qeyd edib.

 

S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,6 milyard dollar, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollar investisiya qoyub.

 

Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 milyon dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 330 milyon dollar təşkil edib.

 

“Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - nazir qeyd edib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

17.05.2019 09:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ