Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“SOCAR Trading” şirkətinin bazar dəyəri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Trading” şirkətinin bazar dəyəri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qiymətləndirmələrə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. ABŞ dolları təşkil edib.

 

Bu barədə “SOCAR Trading” məlumat yayıb.

 

Qeyd olunub ki, “SOCAR Trading” şirkəti yarandığı gündən bazardakı mövqeyinin inkişafının mütəmadi qiymətləndirilməsinin bir hissəsi olaraq, “Big 4” professional şirkətlərdən birini 30 iyun 2016-cı il tarixinə biznesinin qiymətləndirilməsi üçün seçib.

 

Qiymətləndirmənin nəticəsinə görə, 2016-cı il iyunun 30-u tarixinə “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. dollar olub: “Bu isə 2012-ci il  30 iyun tarixinə eyni şirkətin qiymətləndirdiyi 310 mln. dollarla müqayisədə “SOCAR Trading”in bazar dəyərinin təxminən 4 qat artıq olduğunu göstərir. “SOCAR Trading”in üçüncü tərəflərin xam neft mənbələrinə artan inamı, Şimali Amerika, Afrika və Asiya bazarlarında cəmləşən biznesin güclü inkişafı gələcək illərdə mütəmadi olaraq həcm və gəlirliliyinin artmasına gətirib çıxaracaq”.

 

© Report

10.03.2017 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ