Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Opel İnsignia 2019 artıq Azərbaycanda! - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Opel İnsignia 2019 artıq Azərbaycanda! - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "Cahan Motors" şirkəti Opel brendinə məxsus yeni İnsignia modelini bazara təqdim edib.

 

Qeyd edək ki, bu dəfəki model Opelin 120 illiyinə həsr edilərək “120 Years Edition” Opel İnsignia olaraq adlandırılmışdır. İstehsalçılar “Almaniyada yarandı, hamımız üçün istehsal edildi” deyərək, Opel sürücülərinə təşəkkürünü bildiriblər. Məhz bu səbəbdən “120 Years Edition Opel İnsignia” yaranıb.

 

Sözü gedən model bütün dünyada kifayət qədər böyük maraqla qarşılanmışdır. Buna səbəb avtomobilin interyerində funksionallıq və rahatlıq baxımından edilən əlavələrlə yanaşı köpəkbalığından ilhamlanmış xüsusi eksteryer dizayn olmuşdur. Təsadüfi deyil ki, avtomobilin ön görünüşü və yan qapılarda mövcud olan cizgilər köpəkbalığının yırtıcı və nəhəng görünüşünü təcəssüm etdirir.

 

Sükana ilk toxunuşdan hiss edilən cazibəsi avtomobilin təchizatında ən xırda detallara diqqət yetirildiyinin xəbərçisidir. Oturacaqların dizayn və təchizatı sürücü və sərnişinlərin avtomobildən zövq almasını təmin edir. Ümumilikdə isə interyerin quruluşu və lazımı alətlərin panellərdə müvafiq düzülüşü müasirliyi və innovativliyi aşılamaqla yanaşı, sürücünün idarə etmə zamanı özünə güvənini artırır.

 

Salonda qurulmuş Apple Android Car Play sistemli monitor səyahətinizi daha rəngli və zövqlü etməklə yanaşı, ətrafa nəzarət monitoru funksiyasını da yerinə yetirir.

 

Yenilənmiş Opel İnsignia modeli aktiv təhlükəsizlik sistemləri kompleksinə sahibdir. Kompleksin tərkibinə avtomatik əyləcləmə funksiyası olan öndən qəzaları xəbərdar edən sistem (bu sistem vasitəsilə qarşıda olan avtomobilə və ya piyadaya yaxınlaşdıqda avtomobil özü özünü dayandırır) , hərəkət zolağına nəzarət funksiyası, yol nişanları haqqında məlumatvermə, arxa görüntü kamerası, ön və arxa park radarlar, kor zonalara nəzarət sistemləri daxildir. Bütün bunlardan əlavə bu modeldə sinifinin ən yaxşısı sayılan “İntellilux Led Matrix” faraları da mövcuddur ki, bu da avtomobilə daha müasir və cəzbedici görünüş bəxş edir.

 

Alman mühəndisləri yanacaq sərfiyyatını azaldmaqla bərabər, daha kiçik motorlardan daha yüksək güc və qüvvə momenti səviyyələri istehsal etməyi mümkün hala gətirmişdir. Bunun ən yaxşı nümunəsi Opel mühərrikləridir. Belə ki, İnsignia modeli 1.5 həcmli turbo mühərriklə, 165 at gücünə sahibdir. Bu isə öz sinifində ən çox at gücünə sahib olmaq iddiasını əks etdirir.

 

İnsignia-nı KİMLƏR SÜRƏ BİLƏR?

 

“Mükəmməlliyin 120 illiyi” zərif və atletik görünüşü ilə bütün avtomobil həvəskarlarının diqqət mərkəzində olacağı şübhə doğurmur. Cəlbedici,  innovativ və daha təhlükəsiz olan İnsignia - nın potensial müştǝriləri uğurlu iş adamları, avtomobili sürücüsü tərəfindən idarə edilməsini sevənlər, gənc menecerlər, CEO-lar, gənc ailələr və son trendləri təqib edən gənclərdir.

 

Yeni İnsignia təqdim etdiyi rahatlıqla sizə tamamilə başqa bir dünya vəd edir. Ölkəmizdə bu modeli səbrsizliklə gözləyənlər bu gündən etibarən Babək prospekti 21/99 ünvanında yerləşən Opel Bakı Mərkəzinə yaxınlaşa bilərlər.

 

Avtomobil ilə yaxından tanış olmaq istəyənlər üçün sınaq yürüşü keçirmək imkanı da yaradılmışdır.  Böyük ehtimalla siz bu avtomobilə aşiq olacaqsınız və nəyin bahasına olursa-olsun ona sahib olmaq istəyəcəksiniz.

 

Şirkətin Marketing Meneceri Rövşən Mehdiyevdən aldığımız məlumata əsasən “120 Years Edition İnsignia” modeli iki variantda -  46 000 manata və 49 000 manata təqdim olunur. Şirkət rəsmisinin sözlərinə əsasən, bu model biznes klass seqmentində ən yaxın gələcəkdə öz layiqli yerini tutacaq.

 

Əlavə məlumat üçün +994 55 258 55 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

22.05.2019 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ