Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlan

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çimərlikləri təmiz olan ölkələrin adları açıqlan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ətraf Mühit Təhsili Fondu (FEE – Foundation for Environmental Education) dünyanın ən təmiz sahil çimərliklərinin illik reytinqini dərc etdirib.

 

Fondun təmizliyə və abad infrastruktura görə təsis etdiyi “Blue Flag” (mavi bayraq) mükafatına layiq görülən 3797 çimərliyin 100-dən çoxu fasiləsiz 10 ildən çoxdur ən təmiz statusunu saxlayır. Həmçinin 7 sahil ərazisi bu il “Blue Flag”a ilk dəfə layiq görülüb.

 

Bundan əlavə, 566 sahil ərazisi “Blue Flag”lə təltif edilən İspaniya bu göstəriciyə görə ölkələrin reytinqinə dalbadal 32 dəfədir başçılıq edir. Sonrakı yerlərdə 515 çimərliklə Yunanıstan, 463 çimərliklə Türkiyə, 389 çimərliklə Fransa, 385 çimərliklə İtaliya qərarlaşıb.

 

Bu il dünyada cəmi 4559 “Blue Flag” mükafatı verilib ki, bu da əvvəlki ilə nisbətən 138 ədəd çoxdur. Bunlardan 3797 mükafata sahillər, 695-nə marinalar, 67-nə turist gəmiləri layiq görülüb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

17.05.2019 10:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ