Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Keçmiş bank filialı müdirinin cəzası azaldılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Keçmiş bank filialı müdirinin cəzası azaldılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Eldar İmanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, E.İmanovun kassasiya şikayəti qismən təmin edilib.

 

Belə ki, onun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilib. E.İmanovun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib.

 

İttiham aktına əsasən, E.İmanov 2007-2015-ci illər arasında banklardan birinin Şirvan filialının müdiri vəzifəsində işləyərkən, bankın digər vəzifəli şəxsi ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

 

Belə ki, o, ümumilikdə 1 milyon 143 min 541 manat kredit vəsaitini qanunsuz ayırıb, çoxsaylı kreditlərin ayrılmasına görə isə əsassız olaraq 8451 manat məbləğində əmək haqqına əlavə bonus alıb.

 

E.İmanov qeyd olunan qanunsuz hərəkətləri ilə  işlədiyi bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi E.İmanovun cəzasını 3 il 6 aya endirib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

17.05.2019 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ