Mobil manşet üstü reklam-3_21

Final gecəsində metro səhərədək çalışacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Final gecəsində metro səhərədək çalışacaq

Avropa liqasının finalı zamanı metropolitenin iş rejimi. Zərurət yaranarsa, gecə saat 04:00-a qədər açıq olacaq


 

"Bakı Metropoliteni"QSC-dən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki,futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

 

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

 

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

 

Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

17.05.2019 13:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ