Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsun Holdinq" Fazil Məmmədova müraciət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İstehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsi yaxşı olardı”.

 

Bunu Azərbaycanda Amerika Tticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədova müraciətində “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan deyib.

 

S. Uzan çıxışında respublikada istehsal olunan malların rəqabətədavamlılığı üçün eyni adda idxal olunan hazır məhsullara vergi tətbiq olunması, xüsusilə digər məhsullarla müqayisədə kənd təsərüfatı mallarına tətbiq olunan ƏDV üzrə vergilərin differensiallaşdırılmasını istəyib:

 

“Kənd təsərrüfatı mallarının istehsalı və satışında vegi tənzimləmələrinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, qanunlar qəbul olunmazdan öncə yalnız “AmCham-Azerbaijan” nümayəndələri ilə deyil, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri ilə də müzakirələr aparılsaydı yaxşı olardı. Beləliklə, kiçik və orta sahibkarlıq subyektləri də bu sistemə inteqrasiya olunacaq. Çünki onlar sistemə nə qədər tez inteqrasiya olunarsa, bizim də üzləşdiyimiz çətinliklər daha tez həll olunar. Eyni zamanda, qanunlar çıxmazdan əvvəl biz sahibkarların da bu qanunlara uyğunlaşması yaxşı olardı. Biz işlərimizi buna uyğun tənzimləməliyik. Başqa sözlə, bunun üçün bizə təxminən 2-3 ay vaxt lazım olur. Çünki qanunların əhatə dairəsi genişdir. Onlara uyğunlaşmaq üçün şirkətlərə müəyyən vaxt verilsə, şəffaflığın təmin olunması baxımından müsbət nəticələr əldə etmək olar”.

 

S. Uzan, həmçinin qeyd edib ki, əmək haqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına  və insanların sistemə daha tez inteqrasiyasına səbəb ola bilər.

10.03.2017 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ