PolyMart Caspian Energy Forum Baku – 2017-nin sponsoru olub
PolyMart 2017-ci il aprelin 12-də Bakıda keçirləcək 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin (www.caspianenergyforum.com) sponsoru olub.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, Caspian Energy Forum – 2017-də Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
“PolyMart” ASC-nin direktoru Rəşad Məmmədovun bildirdiyinə görə, Caspian Energy Forum – 2017 Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının perspektivli istiqamətlərinin müzakirə meydanına çevriləcək. “Forum çərçivəsində Azərbaycanın dövlət başçısının qəbul etdiyi yol xəritələrinə uyğun ölkədə həyata keçirilən islahatlar müzakirə olunacaq ki, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafını gücləndirəcək, ixrac yönümlü məhsulların istehsalını təşkil etməyə yardım edəcək. Forumda Şərq-Qərb dəhlizi çərçivəsində tranzit axınının genişlənməsinə yönəlmiş nəqliyyat dəhlizlərinin inkişafına da toxunulacaq”, - deyə o vurğulayıb.
““PolyMart” ASC CEİBC ilə fəal əməkdaşlıq edir, beynəlxalq şirkətlərlə fəal əməkdaşlığa və xarici investisiyanın ölkəmizə cəlb olunmasına yönəldilmiş Caspian Energy Forum – 2017 kimi Xəzər-Qara dəniz regionu üçün əhəmiyyətli hadisəni dəstəkləyir”, - deyə Rəşad Məmmədov qeyd edib.
2015-ci ildən fəaliyyət göstərən “PolyMart” ASC-nin əsas fəaliyyət istiqaməti Azərbaycanda “P-Plast” markalı plastik boruların və boru birləşmələrinin istehsalı, eləcə də ölkədə və onun hüdudlarından kənarda su, qaz və kanalizasiya sistemlərinin quraşdırılması üçün tələb olunan materialların satışının təşkilidir. Şirkət həmçinin bir sıra xarici istehsalçıların rəsmi nümayəndəsidir.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və SİNAM-dır.
Forumda iştirak üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
13 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
13 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
14 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 14 saat əvvəl