Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İrandan mal gətirənlər ilə "şişən" statistika

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan mal gətirənlər ilə "şişən" statistika
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Sərhəd Xidməti 2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının statistikasını açıqlayıb.

 

"Marja"nın məlumatına görə, diqqəti cəlb edən xarici ölkələrə gedən hər 1000 azərbaycanlıdan 400-nün İrana səfər etməsidir. 

 

Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1 milyon 636,4 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 39,2 faizi və ya təxminən 641 min nəfəri İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olmuşdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Bəs azərbaycanlılar İrana nə üçün bu qədər çox səfər edirlər? Sualın cavabı "ticarətdir". İranda ərzaq və qeyri-ərzaq malları ucuz olduğundan və daha keyfiyyətli hesab edildiyindən Azərbaycan vətəndaşları İrandan alış-veriş edirlər. Həmçinin, İrandan mal gətirib Azərbaycanda satışı ilə məşğul olanlar artıb. Ticarət məqsədli qonuşu ölkəyə gediş-gəlişlərin artması statistikada da öz əksini tapıb. 

 

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Azərbaycandan xaricə səfər edənlər, ölkəyə gələnlərdən 2 dəfə çoxdur. 

18.05.2019 10:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ