Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

6 rayonda kənd təsərrüfatı texnikası yarmarkası keçiriləcək - TARİXLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 rayonda kənd təsərrüfatı texnikası yarmarkası keçiriləcək - TARİXLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi Aqrar Kredit və İnkişaf Agentliyi 20 may – 15 iyun 2019-cu il tarixlərində ölkənin 6 rayonunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) texnika yarmarkaları keçirəcək.

 

İlk yarmarka mayın 20-də Şəmkirdə olacaq. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edəcəklər.

 

“Məqsədimiz texnika təchizatçılarının ofis və bazalarına getmək, araşdırmaq imkanı olmayan kiçik və orta fermerləri təchizatçılar, onların təqdim etdikləri kənd təsərrüfatı texnikası və avadanlıqları ilə öz yaşadıqları regionda tanış edə bilməkdir. Fermerlərə dövlət güzəştlərindən faydalanmaqla texnika almaq qaydaları da yarmarkaya qatılacaq bank və lizinq təşkilatları tərəfindən ətraflı izah ediləcək” – texnika yarmarkalarının keçiriləcəyi səbəbini Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə izah edib.

 

Şəmkir: 20 - 21 may 

Bərdə: 23 - 24 may 

Şəki: 26 - 27 may 

Ucar: 30 - 31 may

Quba: 8 - 9 iyun 

Masallı: 14 - 15 iyun

20.05.2019 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ