Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Qlobal neft miqdarı tələbi ödəməyə çatır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qlobal neft miqdarı tələbi ödəməyə çatır"

Səudiyyə Ərəbistanı, qlobal bazardakı xam neft miqdarının tələbi qarşılayacaq səviyyədə olduğunu və bazalarda xam neft ehtiyatlarının artdığını açıqlayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih, ölkənin qərbindəki Ciddə şəhərində təşkil edilmiş OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında çıxış edib. 

 

Ölkədəki neft təsislərinə son hücumların neft nəqlini təhdid etdiyini, ancaq Səudiyyə Ərəbistanının hasilatına təsir etmədiyini qeyd edən Falih, Səudiyyə Ərəbistanının ortaqlarını hücumları qınamağa çağırıb.

 

Falih, qlobal bazardakı xam neft miqdarının tələbi qarşılamağa çatdığını hətta neft ehtiyatlarının artdığını qeyd edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Keçən çərşənbə axşamı Səudiyyə Ərəbistanında iki neft nasos stansiyasına dron ilə hücum təşkil edilmiş və keçən bazar 2-si Səudiyyə Ərəbistanına aid 4 ticarət gəmisi Birləşmiş Ərəb Əmrliklərinin (BAE) su ərazisi yaxınlığında təxribata uğramışdı. 

 

KÖRFƏZDƏ NƏLƏR OLUR? 

 

ABŞ İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə "USS Abraham Lincoln" qırıcı gəmisini Hücum Qrupu ilə birlikdə Körfəzə göndərib.

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın ABŞ-a aid hədəflərə hücum hazırlığı iddiası ilə "USS Arlington" gəmisinin və bir Patriot hava müdafiə sisteminin də bölgəyə göndərildiyini açıqlamışdır.

 

Digər tərəfdən, Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) su sahəsində İranın dörd ticarət gəmisinə təxribat etdiyini iddia etmişdi. 

 

Səudiyyə Ərəbistanının "Al Arabia" televiziyasının xəbərində gəmilərdən ikisinin Səudiyyə Ərəbistanına, digərlərinin də BƏƏ və Norveç-ə məxsus olduğu bildirilmişdi. 

 

Hadisədən sonra ABŞ bölgədə İrana gözdağı vermək üçün F-15 və F-35 təyyarələri ilə uçuşlar reallaşdırmışdı.

20.05.2019 08:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ