Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Siyasi risklər nefti dəstəkləyir, ancaq bu vəziyyət qısamüddətlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Siyasi risklər nefti dəstəkləyir, ancaq bu vəziyyət qısamüddətlidir"

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin OPEC-in və bəzi neft istehsal edən ölkələrin təklifi məhdudlaşdırmaq (hasilatı azaltmaq) barədə həmfikir olduqlarını açıqlamasından sonra neft qiymətləri yüksəlib. Brent neftinin qiyməti təxminən 1,5% artaraq 73 dolları keçib.  

 

"Marja" xəbər verir ki, qlobal investisiya bankı "JP Morgan"nın Neft və qaz departamentinin müdiri Scott Darling CNBC-yə verdiyi açıqlamasında qiymətləri siyasi risklərin dəstəklədiyini, ancaq qiymət artımının ABŞ-ın şist nefti istehsalındakı artım səbəbilə qısamüddətli olacağını bildirib.

 

Darling,"Təklifin azalması üçün risklər olduğu danışıla bilər, ancaq bu, qısamüddətlidir. Neft qiymətlərinin daha da yüksələcəyi barədə gözləntilərin artdığını düşünmürəm. Çünki ABŞ-ın şist nefti  istehsalında artım var və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik ilə tələb də yavaşlayır",- deyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

JP Morgan 2020-ci ilə qədər OPEC-in neft istehsalı məhdudiyyətinin (hasilatı azaltmasının) davam edəcəyini gözləyir.

 

JP Morgan ikinci rübün sonunda Brent neftin qiymətinin 75 dollar olacağını təxmin edir. Bank, bütün 2019-cu il üçün Brent neftdə ortalama qiymətin 71 dollar olacağını, 2021-ci ildən etibarən isə qiymətin 60 dollara geriləyəcəyini nəzərdə tutur. 

20.05.2019 09:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ