Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Rostselmaş” Azərbaycana “NOVA” taxılyığan kombaynların tədarükünə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rostselmaş” Azərbaycana “NOVA” taxılyığan kombaynların tədarükünə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə “Rostselmaş” MMC Azərbaycana 20 vahid “NOVA” taxılyığan kombaynı tədarük edib.

 

Bu barədə şirkətdən məlumat verilib.

 

“2018-ci ildə Biləsuvar rayonunda “NOVA”nın nümayişi keçirilib. Daha sonra şirkət Azərbaycan aqrarlarının müsbət rəyini əldə edərək dövlət tenderinin qalibi olub. Ötən ay 20 vahid taxılyığan kombaynın ilk tədarükü həyata keçirilib”, - “Rostselmaş”ın kommersiya direktoru Aleksey Şvetsova istinadən bildirilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

O, həmçinin qeyd edib ki, artıq “Rostselmaş”ın 5 min vahid texnikası Azərbaycanın əkin yerlərində istifadə olunur. MMC-nin Azərbaycandakı rəsmi nümayəndəsi servis və texniki xidmət üzrə tam paket təqdim edir, mexanizatorların və təsərrüfatların servis xidmətlərinin tədrisini həyata keçirir.

 

“Rostselmaş” “РОСТСЕЛЬМАШ” və “VERSATILE” brendi ilə texnika istehsal edən 4 ölkədə 10 istehsalat sahəsində yerləşən 13 müəssisənin daxil olduğu şirkətlər qrupudur.

 

Bugünədək “Rostselmaş”ın aqromaşınları dünyanın 50-dən artıq ölkəsində təqdim olunub. 

20.05.2019 15:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ