Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məşğulluq hesabatında diqqətlər "maaş artımları" üzərində olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşğulluq hesabatında diqqətlər "maaş artımları" üzərində olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sədr Janet Yelen, o cümlədən Fed rəsmiləri, Federal Açıq Bazar Komirtesinin (FOMC) Mart ayı toplantısında birmənalı şəkildə böyük bir ehtimalla faiz artıracağının siqnalını vermişdi.


 
Yellen, ötən həftə Çikaqoda etdiyi çıxışında iqtisadiyyatın yolunda getməsi vəziyyətində Mart ayında faizin artırılmasının məqsədəuyğun olacağını dilə gətirmişdi. 

Reklam_3_11

 

Fed rəsmilərinin ABŞ-da məşğulluq və inflyasiya göstəricilərini qiymətləndirirlər.

 

İnvestorların diqqətləri bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq artımı göstəricisinə yönəlib.


 
İqtisadçıların kənd təsərrüfatı xaric məşğulluq göstəricisinə dair proqnozuna görə, Fevral ayı göstəricində 190 min səviyyəsində artım olması gözlənilir. Sözügedən gözlənti 6 və 12 aylıq hesablamalardan bir qədər yüksəkdir. Bununla birlikdə qlobal maliyyə böhranından bu yana, göstərici, ötən yeddi ilin altısında proqnozları aşaraq, Fevral aylarında gözləntiləri keçmə meyli göstərir.


 
İşsizlik nisbətinə dair gözləntilərə baxdıqda isə proqnoz 4.7 faiz səviyyəsindədir. İşsizlik göstəricisi Yanvar ayında 4.8 faiz səviyyəsində baş vermişdi. Bununla yanaşı, əmək bazarının getdikcə artan möhkəmliyi və qiymətlərdəki yuxarı istiqamətli təzyiq (tam məşğulluğa çatan iqtisadiyyatın təsiri ilə inflyasiya yüksəlir) diqqətləri maaş artımlarına yönəldir.


 
İnvestor diqqətləri, əmək bazarı və maaş artımlarının iqtisadiyyat üzərində təzyiq yaradıb-yaratmadığına  dair məlumatları təmin edə biləcək orta saatlıq maaş üzərində olacaq. Bloomberg-in sorğusuna görə orta  saatlıq maaşlar Fevral ayında aylıq əsasda 0.3 faiz artım qeyd etməsi gözlənilir.

10.03.2017 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ