Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Millət vəkili Maliyyə Nazirliyinin fəaliyyətini tənqid etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Millət vəkili Maliyyə Nazirliyinin fəaliyyətini tənqid etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanda dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır”.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.

 

“Büdcənin icrası ilə bağlı müzakirələrə qeyri-hökumət təşkilatlarını, siyasi partiya rəhbərlərini, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Hamı görsün ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”, - V.Əhmədov vurğulayıb.

 

Deputat Maliyyə Nazirliyinin fəaliyyətini də tənqid edib: “Maliyyə Nazirliyi il boyu bir dəfə də tədbir keçirib, vacib məsələlərin müzakirəsinə imkan yaratmır. Təklif edərdim ki, nazirlik beynəlxalq təşkilatlarla birgə ildə heç olmasa bir dəfə investisiyalarla bağlı müzakirələr aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

 

V.Əhmədov millət vəkili seçildiyi Quba rayonunun yol problemlərindən də danışıb: “Qubanın Qonaqkənd ərazisində son 70 il ərzində yol çəkilməyib. Rayonda 5 çay var, lakin indiyə qədər çayların üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 2 ildə körpülər salınır”.

21.05.2019 10:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ