Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıdan Misir şəhərlərinə aviareyslər açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Misir şəhərlərinə aviareyslər açılacaq

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşmüşdür.

 

Görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Cahangir Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd etmişdir. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərmişdir.

 

Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.

 

Adel İbrahim Ahmed İbrahim bildirmişdir ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

 

21.05.2019 10:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ