Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Avro/dollar 1.10-a qədər düşə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avro/dollar 1.10-a qədər düşə bilər"

Holandiyanın qlobal bankı və maliyyə xidmətləri şirkəti "Rabobank"ın FX strategiya direktoru Jane Foley ticarət müharibəsinin ola biləcək təsirləri barədə danışıb, Avro/dollar üzrə proqnozunu açıqlayıb.

 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, "Rabobank" 1 avronun 1.10 dollara düşəcəyini gözləyir. 

 

"Avro/Dollar bir neçə aydır müəyyən bir aralıqda gedib gəlir. Dollar güclənə bilər və Avro/dollar 1.10-a qədər geriləyə bilər. Çox böyük bir hərəkət deyil, lakin psixoloji olaraq böyük bir hərəkət olacaq. Dolların güclənəcəyini düşünməmizin səbəbi qlobal mühit və Çin iqtisadiyyatının ticarət müharibəsinə görə gördüyü təzyiqdir.

 

Qarşıdakı aylarda Çin yuanında zəifləmə görəcəyimizi düşünürük. Əgər belə bir şey olsa inkişaf edən bazarlardan və Asiya iqtisadiyyatlarından çıxış görə bilərik. Dollara təkrar girişlər ola bilər. İran tərəfindən gələn xəbərlər də geo-siyasi risk gətirir. Eyni zamanda, dollar "etibarlı liman" funksiyasını yerinə yetirir və bu şəkildə də güclü qalmağa davam edir. Bu an çox gərgin bir bazar mühiti mövcuddur".

 

Bakı vaxtı ilə saat 14:00-da Avro/dollar məzənnəsi 1.1153 səviyyəsində olub. Dollar avro qarşısında 0,1% də bahalaşıb.

21.05.2019 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ