Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"11 bank bağlandı, 4200 nəfər iş yerini itirdi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"11 bank bağlandı, 4200 nəfər iş yerini itirdi"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azərbaycanın bank sektoru çətin vaxtlar yaşayır".

 

Bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında çıxış edən "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

 

E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: "Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu, tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tərbiq edilsin".

 

"Rabitəbank" sədri təklif edib ki, kommersiya banklarının SWIFT, "Visa" və "Mastercard" təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

 

Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib.

 

Sədr banklarda səyyar yoxlamalar zamanı bazar qiymətləri məsələsinə də toxunub:

 

"Banklarda oxşar mal və xidmətlərə görə təqdim olunan bazar qiymətləri ilə bağlı daim Vergilər Nazirliyi əməkdaşları ilə problemlər yaranır. Çünki banklar tərəfindən müxtəlif  strategiyalar tətbiq olunur. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, kredit faizlərinə bazar qiyməti prinsipi ya ümumiyyətlə tətbiq olunmasın və yaxud tətbiq olunarkən eyni bankda olan kreditlər üzrə, yəni son 30 gündə verilən kreditlər üzrə bazar faizi anlayışı  tətbiq edilsin. Restrukturizasiya olunan kreditlərlə də bağlı təklifimiz oxşardır. Təklif edirik ki, restrukturizasiya olunan kreditlərlə bağlı bazar qiyməti ümumiyyətlə tətbiq olunmasın. Olunarsa, yalnız restrukturizasiya olunmuş kreditlər əsasında bazar qiymətinin müəyyən olunması və hesablanması həyata keçirilsin".

 

© Report, APA

10.03.2017 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ