Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Jamie Oliverin restoran şəbəkəsi müflisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Jamie Oliverin restoran şəbəkəsi müflisləşdi

İngiltərənin məşhur aşbazı Jamie Oliverin restoran şəbəkəsi müflisləşib. 

 

"Marja" BBC-yə istinadən xəbər verir ki, Oliver, İtalyan mətbəxi təqdim etdiyi restoranları üçün iflasdan qorunma müraciəti etməyə qərar verib. O bu işin həyata keçirilməsi üçün məsləhət şirkəti KPMG-yə müraciət edib.

 

Restoranlarda çalışan 1300 nəfər də işlərini itirmək riskiylə qarşı-qarşıyadır. Məsələ ilə bağlı işçilərə məlumat verilib.

 

İflasdan qorunma müraciəti, İtalyan restoran şəbəkəsi ilə bərabər, eyni qrupa bağlı Oliver-in "Barbecoa" adlı qızartma ət restoranları və müasir İngilis mətbəxi təqdim edən "Fifteen London" adlı restoran üçün də etibarlıdır.

 

Jamie Oliver restoranların iflasın astanasında olmasından məyus olduğunu açıqlayınb.

 

Oliverin Londondakı iki restoranı 2018-in əvvəlində iflasdan qorunma müraciəti etmiş, ancaq Oliver bir restoranı xilas edə bilmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Oliver, "Bu vəziyyət məni dərindən məyus edir, bu işə on ilə yaxın müddətdir könül qoyan bütün işçilərə və bütün tədarükçülərə təşəkkür etmək istəyərəm. Hər kəs üçün çətin bir vəziyyət olduğunun fərqindəyəm" deyib.

 

İngilis aşbaz "Həmçinin, on ildən çoxdur bizi dəstəkləyən müştərilərimizə də təşəkkür etmək istəyərəm, sizlərə xidmət etmək böyük bir zövq idi",- deyə əlavə edib.

22.05.2019 08:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ