Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Qala Sığorta” müştərilərinə ödədiyi vəsaitin həcmini 2,3 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” müştərilərinə ödədiyi vəsaitin həcmini 2,3 dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarının lokomotivlərindən hesab edilən “Qala Sığorta” 2019-cu ilin yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 4 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 7 milyon 422 min 647 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 2 milyon 656 min 100 manat və ya 55,7% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 788 min 990 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-aprel ayının göstəricisi ilə müqayisədə 441 min 836 manat və ya təxminən 2,3 dəfə çoxdur.

 

Qeyd olunmalıdır ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.   

 

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

22.05.2019 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ