Palatanın rəhbərliyinə əməkhaqqı ödənişləri 5 dəfə azaldılıb - 2 MİLYONDAN...

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yekunları üzrə maliyyə hesabatını dərc edib.

 

“Marja” hesabata istinadən xəbər verir ki, ötən il Palatanın əməliyyat xərcləri 747 min manat azalaraq 10 milyon 135 min manat təşkil edib. O cümlədən əməkhaqqı xərcləri 641 min manat azalaraq 7 milyon 420 min manata düşüb. 2017-ci ildə Palatanın əməkhaqqı xərcləri 8 milyon 61 min manat təşkil etmişdi.

 

HƏMÇİNİN OXU: Palata xalis mənfəətini kəskin artırıb

 

Əsas diqqəti cəlb edən rəhbərliyə (əsas idarəedici heyətə ) ödənişlərin kəskin azalmasıdır. Əsas idarəedici heyətə ödənişlər Palatanın əsas idarəedici heyətinə ləğv edilmiş Direktorlar Şurası və İdarə Heyəti üzvləri daxildir. 2018-ci il ərzində əsas idarəedici heyətə cəmi ödənişlər 419 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə təxminən 5 dəfə azdır.  2017-ci ildə əsas idarəedici heyətə ödənişlər 2 milyon 79 min manat təşkil etmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

22 May 2019 , 15:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin