Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

6 milyon manatlıq dələduzluq edən şirkət rəhbərlərinə hökm oxundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 milyon manatlıq dələduzluq edən şirkət rəhbərlərinə hökm oxundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzili bir neçə nəfərə satan "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Reklam_3_11

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə hər iki şəxs 12 il (əvvəlki cəzalar birləşdirilib) müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədovun 10 il, İ.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Daha sonra onlar eyni əməldə ittiham olunub. Hər iki şəxs bir neçə zərərçəkmişə 5 milyon 900 min manat məbləğində ziyan vurub.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

22.05.2019 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ